Xavidən Albaya: “Onsuz da bilirsən ki, səni çox sevirəm”
“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Jordi Albaya klubda keçirdiyi vaxta görə təşəkkür edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Albanın indiyə qədər komandada olan ən yaxşı müdafiəçi olduğunu bildirib:
“Keçmiş komanda yoldaşın, məşqçin kimi deyirəm, indiyə qədər burada olan ən yaxşı müdafiəçi idin. Sənə ən yaxşısını arzulayıram, bura sənin evindir. Hansısa bir məqamda məyus olmusansa, xüsusən də, mənimlə bağlı, deməli, mənim səhvim olub. Şəxsi bir şey deyildi, bilirsən. Mən səni çox sevirəm, çox hörmət edirəm və heyranam. Onsuz da bilirsən ki, səni çox sevirəm. Bilirəm ki, sənin çox böyük ürəyin var. Amma qərarlar qəbul edilməlidir və bu qərarlar çox vaxt çətin olur, xüsusən də, söhbət dostlardan gedirsə”.
Alba yayda Amerikanın “İnter Mayami” klubuna keçib.
Bizi Facebook-da izləyin