Xavi 6-cı dəfə ən yaxşı seçildi

Qətərdə çempionatında mart ayının ən yaxşı baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Əl Sədd”in çalışdırıcısı Xavidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssis bu mövsümdə 6-cı dəfə ayın ən yaxşısı adına layiq görülüb.

Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button