Kroos karyerasını erkən bitirməsinin səbəbini açıqlayıb

“Real”ın və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos karyerasını niyə belə erkən bitirmək qərarına gəldiyini açılayıb.

Komanda.az xəbər verir ki, alman futbolçu “Kicker” nəşrinə danışıb:

“Mən karyerasının sonunda “Real”da ən yaxşı mövsümünü keçirən 34 yaşlı Toni Kroos kimi xatirələrdə qalmaq istəyirdim. Və mən bunu bacardım. Bir çox insanların çox erkən getdiyimi düşünməsini bir iltifat kimi qəbul edirəm”.

Mayın 21-də 34 yaşlı futbolçu “Real”la müqaviləsini yeniləməyəcəyini və 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlamışdı.

Kroos “Real”la 4 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, İspaniya superkubokunun və UEFA superkubokunun qalibi olub. O, əvvəllər “Bayern” və “Bayer”də də çıxış edib.

Yarımmüdafiəçi Almaniya millisində 108 oyun keçirib, 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button