Xatirə turnirində üç medal
Mayın 11-dən 13-dək Rusiyanın Kaspiysk şəhərində gənc (U-20) yunan-Roma güləşçiləri arasında Surakat Asiyatilov Memorialı keçirilib.
Komanda.az xəbər verir ki, 7 ölkədən 190 güləşçinin qatıldığı xatirə turnirində məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında müvafiq yarş qrupu üzrə milli komandanın üzvləri iştirak edib.
Ənənəvi yarışda 3 güləşçimiz fəxri kürsüyə qalxıb. Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.
Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin