Xarici KİV: “Yuventus” yeni baş məşqçi ilə anlaşıb
“Yuventus” rəhbərliyi Massimiliano Alleqrinin yerinə yeni baş məşqçi təyin edib.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Bolonya”nı çalışdıran Tiaqo Motta Turin təmsilçisinin yeni baş məşqçisi olacaq.
“Yuventus” İtaliya çempionatının turnir cədvəlində 31 oyundan sonra 62 xalla 3-cü pillədə qərarlaşıb.
41 yaşlı Motta “Bolonya”ya qədər “Spetsiya” və “Cenoa” komandalarını çalışdırıb. “Bolonya” Mottanın rəhbərliyi altında 31 matçda 58 xal toplayaraq A Seriyasının turnir cədvəlində 4-cü pillədə yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin