“Real” – MS: Qoldan əvvəl top meydanı tərk edib! – FOTO + VİDEO

“Mançester Siti” UEFA Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşıb (1:1).

Komanda.az xəbər verir ki, “beIN Sports” “şəhərlilər”in bərabərlik qolundan öncə topun meydanı tərk etdiyini iddia edir.

Görüşün 67-ci dəqiqəsində matçın baş hakimi Artur Diaş qonaqların yarımmüdafiəçisi Bernardo Silvanın topu oyunda saxladığını bildirib və matçı dayandırmayıb.

“beIN Sports” 3D texnologiyası vasitəsilə topun meydanı tamamilə keçdiyini və hakimin düzgün qərar qəbul etmədiyini bildirib.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button