Xarici KİV: “Sabah”ın yeni baş məşqçisi rusiyalı olacaq

Çinin “Şanxay Şenxua” klubunun məşqçisi Vasili Berezutski “Sabah”a rəhbərlik edə bilər.

Komanda.az “Legalbet”-ə istinadın xəbər verir ki, “Sabah” 42 yaşlı rusiyalı mütəxəssislə artıq danışıqlara başlayıb. Mənbənin məlumatına görə, klub rəhbərliyi Berezutskiyə inanır.

Bir müddət əvvəl “Sabah”da başqa bir rusiyalı məşqçi – hazırda “Krasnodar”ın baş məşqçisi olan Murad Musayev çalışıb.

14 turun nəticələrinə əsasən, “Sabah” Azərbaycan çempionatının turnir cədvəlində 19 xalla beşinci yerdədir. Növbəti turda “Sabah” “Səbail”i qəbul edəcək.

“Sabah” bu gün xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə yollarını ayırdığını bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button