
Xarici KİV: Ronaldo “Əl-Nəsr”lə anlaşıb
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. “Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.
Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.
Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.
Ronaldunun son klubu “Mançester Yunayted” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin