Xarici KİV: “Qarabağ”ın futbolçusu “Ferentsvaroş”a keçir

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, Ağdam klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacaq. Macarlar 25 yaşlı forvardla yanaşı, Slovakiyanın “Slovan” klubunda çıxış edən müdafiəçi Menti Abena ilə də eyni şərtlərlə anlaşıb.

Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button