Xarici KİV: “Qarabağ” tamam başqa səviyyədir”

Rusiya mətbuatı “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Bakıda Cəbəllütariqin “Linkoln” klubu üzərində qazandığı qələbəni (5:0, ilk oyun – 2:0) şərh edib. 

Komanda.az “Sport Ekspress”-ə istinadən xəbər verir ki, rusiyalı jurnalistlər Ağdam klubunun forvardı Juninyonun oyununu xüsusi qeyd ediblər:

“Əlbəttə, Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinə sensasiyalı daxil olduqdan sonra “Linkoln”un irəliləyişini qeyd edərək, rəqibi təriflədi. Amma yenə də, “Qarabağ” tamam başqa səviyyədir və bir il əvvəl olduğu kimi, Cəbəllütariq təmsilçisinin əsas avrokubokdakı çıxışına son qoyub. Yeni iki raundluq qarşıdurmada Juninyo Azərbaycan komandasının əsas hərəkətverici qüvvəsinə çevrildi. Braziliyalı bir həftə əvvəl hesabı açmışdısa, bu dəfə fasilədən əvvəl də het-trik etdi. Üstəlik, ikinci hissənin əvvəlində Juninyoya da Benzia kömək etdi”.

“Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ludoqorets”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button