Xarici KİV: “Qarabağ” Kadinin keçidini tamamlamaq üzrədir

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, “Qarabağ” 28 yaşlı braziliyalının keçidini tamamlamaq üzrədir. Tərəflər transferlə bağlı razılığa yaxındırlar.

Futbolçu 2023-cü ilin yanvarında məhz “Qarabağ”dan “Krasnodar”a keçmişdi.

Kadi ötən mövsüm 33 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button