Xarici KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “prosport.ro” saytı məlumat yayıb. Saytın yazdığına görə, 47 yaşlı rumıniyalı mütəxəssis ölkəsinin klubu ilə 6 aylıq müqavilənin şərtlərini razılaşdırıb.
“Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru ilə anlaşmaya əsasən, Regekamp qış fasiləsində komandanın baş məşqçi postuna keçəcək. O, bunun üçün “Neftçi” ilə müqaviləsinin ləğvinə çalışacaq.
Razılığa əsasən, rumıniyalı mütəxəssisin yeni klubunda aylıq məvacibi 15 min avro təşkil edəcək. Bu, Regekampfın 2011-2012 mövsümündə “Universitatya Krayova”da aldığı maaşla eynidir.
Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin