Xarici KİV: “Neftçi” xorvat futbolçuya yeni müqavilə təklif edəcək

“Neftçi” klubu qapıçısı İvan Brkiçlə müqavilə müddətini uzadacaq.

Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı klubu xorvatiyalı qapıçını heyətində saxlamaq istəyir. 27 yaşlı futbolçunun çıxışı “ağ-qaralar”ı razı salır və onlar onu buraxmaq fikrində deyillər.

Brkiç bu ilin yanvar ayından “Neftçi”də çıxış edir. Onun paytaxt klubu ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button