Xarici KİV: “Neftçi” Qazaxıstan millisinin futbolçusu üçün təklif göndərib

“Neftçi” heyətini yeni legionerlə gücləndirə bilər.

Komanda.az xəbər verir ki, “neftçilər”in maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir. 

Qazaxıstan mətbuatının yazdığına görə, “ağ-qaralar” “Tobol”a sərfəli təklif edib və klub da bununla razılaşıb. Amma hələlik futbolçu qərarını verməyib.

25 yaşlı futbolçu üçün Şotlandiyanın “Harts” klubu da təklif göndərib. Lakin “Tobol” Şotlandiya klubunun şərtlərindən razı qalmayıb.

Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button