Xarici KİV: Mourinyo “Fənərbaxça”nı çalışdıracaq!

Joze Mourinyonun “Fənərbaxça”ya keçəcəyi təsdiqlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, potuqaliyalı məşqçinin Türkiyə klubu ilə müqaviləsi iki il – 2026-cı ilin iyun ayına qədər davam edəcək. Müqavilədə anlaşmanın daha bir il uzadılması variantı da yer alacaq.

Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Mourinyo “Roma”dan ayrıldıqdan sonra, bu ilin qışından işsizdir.

Türkiyə klubu ötən mövsüm Super Liqada 2-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button