Xarici KİV: Mourinyo “Çelsi”nin təklifinə “yox” deyib

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”nin təklifini rədd edib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubunun baş məşqçi postuna namizədlər siyahısında olsa da, “Çelsi”yə qayıtmaqda maraqlı olmadığını bildirib. O, “Roma”da qalmaq istəyir.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”ni çalışdırıb.

“Çelsi” İngiltərə Premyer Liqasında 32 turdan sonra 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button