Xarici KİV: Messi ərəblərin 400 milyon avroluq təklifini qəbul edib
PSJ-nin hücumçusu Lionel Messi “Əl-Hilal”ın illik 400 milyon avroluq müqavilə təklifini qəbul edib.
Komanda.az xəbər verir ki, bu barədə “TodoFichajes” məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubunın argentinalı hücumçu ilə 3 illik müqavilə bağlamaq niyyətində olduğu bildirilir.
Nəşrin məlumatına görə, Messi artıq yaxın dostlarına və ailəsinə “Əl-Hilal”ın təklifini qəbul edəcəyini deyib.
Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin