Xarici KİV: Maunt MY ilə şəxsi müqavilə imzalayıb

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”lə şəxsi müqavilə imzalayıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir “qırmızı şeytanlar”ın rəhbərliyi 24 yaşlı ingilisin keçidini rəsmiləşdirə biləcəklərinə əmindirlər.

Daha əvvəl Maurisio Poçettinonun komandanın baş məşqçi postuna gəlməsinə baxmayaraq, yarımmüdafiəçinin “Çelsi”dən ayrılmaq istədiyi bildirilmişdi.

Mauntun “zadəganlar”la müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Maunt “Çelsi”nin məzunudur. O, 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 35 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button