Xarici KİV: Qvardiola bir daha klubda çalışmayacaq
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəkdə başqa futbol klubuna rəhbərlik etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis karyerasının növbəti mərhələsində hansısa milli komandada çalışmaq istəyir.
“Mançester Siti” Qvardiolanın gələcəyinə qərar vermək üçün dekabr ayına qədər ona vaxt verib. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Qvardiola 2016-cı ildən “şəhərlilər”in heyətində 6 dəfə İngiltərə Premyer Liqası titulunu qazanıb. O, ötən mövsüm komanda ilə Çempionlar Liqasının kubokunu da əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin