
Xarici KİV: Kloze Mahirdən çox narazıdır
Almaniya mətbuatı “Nürnberq”in baş məşqçisi Miroslav Klozenin komandanın bazar ertəsi məşqində azərbaycanlı hücumçu Mahir Emrelinin işindən narazı qalmasından yazıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, xüsusilə, almaniyalı baş məşqçi Mahirin topsuz çıxışından son dərəcə narazı qalıb:
“Top Emreli istədiyi zaman onun yanındadır. Sadəcə topun sizə gəlməsini gözləsəz, onu çox gözləməli olacaqsız”.
Emreli mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalayıb. Onun “Seul”a keçidi gündəmdə idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



