
Xarici KİV: Benzema Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlayıb
Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”dan ayrılan 36 yaşlı hücumçu ərəblərlə keçidin bütün detallarını razılaşdırıb. Fransa millisinin keçmiş hücumçusunun yeni klubu ilə 2 illik müqavilə imzaladığı deyilir.
Benzema 2009-cu ildən bəri “Real”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin