Xarici KİV: “Bayern” Mane ilə müqaviləni razılaşdırıb
“Liverpul”un hücumçusu Sadio Mane “Bayern”lə şəxsi müqaviləni razılaşdırıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, transferin məbləği bonuslar nəzərə alınmadan təxminən 30 milyon avro olacaq.
Daha əvvəl bildirilmişdi ki, seneqallı futbolçu maaşından narazı olduğu üçün yay transfer pəncərəsində “Liverpul”u tərk etmək qərarına gəlib.
Mane başa çatan mövsümdə 51 matçda iştirak edib, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin