
ÇL: “Xarakter nümayiş etdirdik”
“İnter”in hücumçusu Lautaro Martines Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern”lə ilk oyunundan (2:1) sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, komanda olaraq yaxşı oyun nümayiş etdirdiklərini deyib:
“Şənbə günü “Parma” ilə heç-heçədən sonra çox danışdıq. Biz təkmilləşmək istəyirik. Qələbə qazanmaq üçün bu uğursuzluğu arxada qoymalı idik. “Bayern” bütün sahələrdə parlaq oynadı, amma biz də xarakter nümayiş etdirdik. Bu möhtəşəm stadionda möhtəşəm komanda ilə qarşılaşmada oyunçularımız sübut etdilər ki, onlar “İnter”in rənglərini təmsil etməyə layiqdirlər”.
“İnter”lə “Bayern” arasında cavab oyunu aprelin 16-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin