“Xarakter göstərmək lazımdır” – Tsxadadze
Premyer Liqanın 30-cu turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, gürcüstanlı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb:
“Oyunu uduzduq. Xarakter göstərmək lazımdır. Meydana sonradan daxil olanlar komanda üçün, üç xala görə döyüşməlidir. Amma heç nə alınmadı. Buraxdığımız qollar sadəcə mümkünsüzdür. Birinci top hava ötürmələrindən sonra vuruldu. İkinci qolu ümumiyyətlə başa düşmədim. Rəqib dörd futbolçunu keçdi, sanki onu müşayiət edirdilər. Qapıçı da elə bil öz qapımıza qol vurdu. Belə oyunlar uduzulmamalıdır. Çox şadıq ki, gənc futbolçu Şahin Şahniyarov oyunu ilə etimadı doğruldur. O, yaxşı keyfiyyətlərə malikdir. 20 illik təcrübəyə malik futbolçu kimi oynayır. Futbolçularla daim müzakirələr aparırıq. Hər şeyi olduğu kimi deyirik”.
Bizi Facebook-da izləyin