Xankəndində keçirilən oyunun xüsusi formaları satışa çıxarılıb

“Qarabağ” Xankəndində keçirilən Azərbaycan kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi sahibini gözləyir. Forma rəngləri ağ, göy və qaradır.

Dekabrın 21-də keçirilən görüşdə “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button