Xanımı AÇ-2024-də uğursuz çıxış edən futbolçuya döşəmə yudurtdu

Ukrayna millisinin və “Jirona”nın yarımmüdafiəçisi Viktor Sıqankov Avropa çempionatında uğursuz çıxışına görə həyat yoldaşından cəza alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəninə qayıdan futbolçu orijinal cəza ilə üzləşib. Xanımı futbolçunu döşəmə yumağa məcbur edib. O, bu prosesi lentə alıb və sosial şəbəkədə yerləşdirərək, videoya başlıq yazıb: “AVRO-2024-də məşq edirik”.

Ukrayna millisi Avropa çempionatında zəif çıxış edərək, öz qrupunda sonuncu yerdə qərarlaşıb. Sergey Rebrovun komandası dörd xal toplasa da, rəqiblərinə top fərqinə görə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button