“Xan Lənkəran”da türkiyəli baş məşqçi
“Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Türkiyənin “Adana Dəmirspor” klubunun əfsanələrindən sayılan, UEFA Pro kateqoriyalı, TFF 1-ci Liqasında çalışmış İbrahim Uzunca “Xan Lənkəran”ın baş məşqçisi postuna təyin olunub.
Bu barədə Region Liqasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.
Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca “Adana Dəmirspor”, “Ərciyespor”, “Osmaniyəspor” futbol klublarının sükanı arxasında çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin