Xames Rodriqes Braziliya klubunda – Rəsmi

Bu ilin aprel ayında “Olimpiakos”dan ayrılandan bəri işsiz olan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu Braziliyanın “San Paulo” klubu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xames 2022-ci ilin sentyabr ayında Yunanıstan klubu ilə 1 illik müqavilə bağlamışdı. O, bu komandada 23 oyunda 5 qol vurub.

Rodriqes karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton” və “Əl Rayyan” klublarında da çıxış edib, Kolumbiya yğmasında 90 oyuna 26 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button