“Xal itirməyə haqqımız yoxdur” – Millinin üzvü

“Doğma meydanda oynadığımızı və zala bizi dəstəkləmək üçün azarkeşlərin gələcəyini nəzərə alsaq, xal itirməyə haqqımız yoxdur”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Fineo De Araujo Polşaya qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə mərhələsi matçı ilə bağlı danışarkən deyib.

Zədəsinin ciddi olmadığını bildirən 35 yaşlı futzalçı, həkimin köməyi ilə meydana çıxacağını söyləyib:

“Bizim üçün vacib qarşılaşmadır. Dünən oyunöncəsi son məşqimizi keçirdik. Baş məşqçinin taktiki planda necə oynamalı olduğumuzla bağlı tapşırıqlarını icra etməyə çalışdıq. Görüşə hazırıq. Təbii ki, zədəli futzalçılarımızın olması yaxşı hal deyil. Edurado Borges müdafiədə vacib fiqurdur, amma bu dəfə meydanda olmayacaq”.

Araujo Polşa komandası haqqında da danışıb:

“Polşanın oyununu izləmişəm. Güclü və ciddi rəqibdir. Taktiki planda düzgün oynayırlar. Fiziki cəhətdən də hazırlıqlı komandadır və meydanda demək olar, hərəkətsiz dayanmırlar. Amma bu göstəricilər bizim məqsədimizi dəyişə bilməz. Azarkeşlərimiz üçün mütləq sona qədər mübarizə aparacağıq. Əlbəttə, bizi ancaq qələbə qane edə bilər”.

Bu gün Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button