“Xal fərqi artsa da, qarşıda hələ çox oyun var” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyun haqda bunları söyləyib:

“Birinci hissəni pozitiv adlandırmaq olar. Otto Conun qapıçı ilə üz-üzə qaldığı məqamı çıxsaq, yüz faizlik qol imkanları olmasa da, oyuna nəzarət edirdik. Belə oynlar adətən ilk səhvə kimi oynanır. Təəssüf ki, səhvi biz buraxdıq. Çox vacib oyun idi. Xal fərqi artsa da, qarşıda hələ çox oyun var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button