Xaçayev Kaşuka “Sumqayıt”a gəl” dedi – O isə “Sabah”a işarə etdi

“Sabah”ın keçmiş futbolçusu Aleksey Kaşuk sosial şəbəkədə foto paylaşıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt”ın oyunçusu Murad Xaçayev paylaşımın altına “Sumqayıt”a gəl” yazıb.

Ukraynalı futbolçu isə Xaçayevə gülüş işarəsi və bayquş rəsmi ilə cavab verib. Bayquş “Sabah”ın ləqəblərindən biridir. Yəni, Kaşuk Azərbaycanda ancaq “Sabah”da oynaya biləcəyinə işarə edib.

“Şaxtyor”un futbolçusu olan Kaşuk “Sabah”da 2022-23-cü illərdə, icarə əsasında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button