Keçmiş futbolçusu “Real”ı çempion etdi

İspaniya millisinin keçmiş üzvü Xabi Alonso məşqçi karyerasında ilk titulunu qazanıb.

Komanda.az xəbər verir ki, Alonsonun baş məşqçilik etdiyi “Real”ın 13 yaşadək futbolçulardan ibarət komandası, İspaniya çempionatında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

37 yaşlı mütəxəssis baş məşqçilik karyerasına başladığı ilk mövsümdə liqa çempionluğunu qazanıb.

Futbolçu karyerası ərzində “Real”, “Liverpul”, “Bavariya” kimi klublarda çıxış edən Alonso, 114 dəfə də İspaniya millisinin formasını geyinib. O, mövsümün əvvəlindən “Real”ın 13 yaşadək futbolçulardan ibarət komandasında baş məşqçilik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button