Xabi “Real Sosyedad”a qayıdır
“Real”ın U-14 komandasını çalışdıran Xabi Alonso Madrid təmsilçisindən ayrılmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis peşəkar futbolçu karyerasına başladığı “Real Sosyedad”a qayıdacaq. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Alonsonun “Real Sosyedad”ın hansı yaş qrupu üzrə komandasında çalışacağı isə hələlik məlum deyil.
Xabi, 1999-2004-cü illər aralığında “Real Sosyedad”da forma geyinib. Daha sonra “Liverpul” və “Real”da çıxış edən Alonso, 2017-ci ildə “Bavariya”da futbolçu karyerasını bitirib.
37 yaşlı mütəxəssis 2018-ci ilin avqustunda “Real”ın U-14 komandasına baş məşqçi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin