Alonsonun “Bayer”dəki gələcəyi məlum olub

Xabi Alonso “Bayer”in baş məşqçi postunda qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin Leverkuzendə növbəti mövsümün sonuna kimi işləməyə davam edəcəyi ehtimal edilir.

“Bayern”in Alonsonu komandaya cəlb etmək üçün “bütün gücü ilə” çalışdığı barədə məlumatlar yayılmışdı. Həmçinin, bildirilirdi ki, son həftələrdə Alonso Münhen klubuna keçmək variantını daha dərindən düşünməyə başlayıb.

Xabi Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda bu mövsüm Almaniya çempionatında 26 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button