“Liverpul” danışıqlara başlayıb – “Qarabağ”ın rəqibinin baş məşqçisi üçün

“Liverpul” “Bayer”in (Leverkuzen) çalışdırıcısı Xabi Alonsonu komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi artıq mümkün əməkdaşlıqla bağlı ispaniyalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Daha əvvəl “Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Xabi Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. “Bayer” bu mövsüm onun rəhbərliyi altında Almaniya çempionatında keçirilən 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. “Bayern” 50 xalla ikinci yerdədir.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button