Xabi Alonso keçmiş baş məşqçiləri haqda danışdı
“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso keçmiş məşqçilərindən mənimsədiyi keyfiyyətlərdən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, futbolçu kimi çox şey öyrəndiyini bildirib:
“Futbolçu kimi çox şey öyrəndim. Rafael Benites futbol taktikidir. Pep Qvardiola deyirdi ki, belə oynayacağıq, amma belə olacaq. Joze Mourinyonun gücü və əla ünsiyyəti var. Araqonesdən özünəinam və nə istədiyimi müəyyən etmək bacarığını götürdüm. Del Boske bizə narahat olmamağı öyrətdi. Karlo Ançelotti gözəl futbolun nə olduğunu və onu necə nümayiş etdirəcəyini mükəmməl şəkildə göstərdi”.
Alonso ötən mövsüm “Bayer”ə Bundesliqa və Almaniya kubokunda qələbələr qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin