“Xəzər Lənkəran”la bağlı rüşvət qalmaqalı: “Bizə 250 min dollar təklif etdilər”
Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu “Xəzər Lənkəran”la bağlı qalmaqallı açıqlamalar verib.
Komanda.az xəbər verir ki, “moldfootball.com” saytına danışan futbolçu, 2005-06-cı illər mövsümündə UEFA Kubokunda “Xəzər Lənkəran”la oyunda rüşvət təklifi aldığını açıqlayıb:
- “Nistru”nun “Xəzər Lənkəran”la UEFA kuboku oyunu Moldova futbolunun ən qaranlıq məqamlarındandır. İndi o vaxt gerçəkləşən hadisələrin sirrini açaq. O oyun üçün sizə pul təklif edildiyi doğrudur?
- Bəli.
- Nə qədər?
- Azərbaycanlılar moldovalı agentlər sayəsində bizim məvaciblərimizi və mükafatlarımızı öyrənmişdi və bizə 250 min dollar təklif etdilər. Bu məbləğlə “Nistru” – “Xəzər Lənkəran” oyununda məğlubiyyəti təşkil edə bilərdik.
- Bu məbləğ klub rəhbərliyinə, yəni Vasili Traqiraya təklif olundu, ya futbolçulara? Bütün bunlar necə oldu?
- Moldovalı agentlərdən biri “Xəzər Lənkəran”dan bir nəfərin bizimlə danşmaq istədiyini dedi. Onda hansı mövzuda olduğunu bilmirdik. Məndən başqa, daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə əlaqə saxladılar. Birbaşa təklif irəli sürdülər və 250 min dollar müəyyənləşdirdilər. Bizdən başqa, heç kim bunu bilmirdi.
- Bu pulu götürə və öz aranızda bölə bilərdiz. Hərəniz 80 min dollar alacaqdız. Qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər”in qələbəsi üçün kifayət etməli idi. Siz üçünüz əsas heyətin daimi üzvləri idiz və sizi heç kim də dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir…
- Bəli, bu pulu ala bilərdik, amma təbii ki, almadıq.
- Sonra nə oldu?
- Komanda olaraq toplanıb, belə bir təklifin olduğunu dedik. Biz bir ailə idik və bütün qərarları birlikdə verirdik. Uşaqlar qələbə üçün meydana çıxıb, oynayacaqlarını dedilər.
- Bu pulu qardaş kimi 18 nəfər arasında bölsəydiz, hər biriniz 14 min dollar qazanardız…
- Bəli, elə alınır.
- Klub sizə “Xəzər Lənkəran”la oyun üçün nə qədər pul ödədi?
- 4 min dollar.
- Bu, azərbaycanlıların sizə təklif etdiyindən üç dəfə azdır. Üstəlik, siz heç o 4 mini də almaya bilərdiz.
- Nə barədə danışdığınız başa düşürəm, amma bu təklifdən imtina etdiyimiz üçün peşman deyilik. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Mən oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədir. Bu, mənim futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət – uşağım olanadək həyatımın ən vacib hadisəsi idi.
- 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmağın nə demək olduğunu xəyal edə bilirsən? Bir çox insan bu məbləği həftədə 5-6 gün, saat 8-dən 6-ya qədər işləməklə üç il ərzində qazana bilmir.
- Karyeramızı pozmaq istəmədik. Bunun sonradan hardasa üzə çıxacağını düşünün. O zaman normal bir kluba getmək mümkünsüz olardı. Həmin 10-14 min dollar üçün risk etməyə ehtiyac yox idi. Gələcəyimizi, karyerarımızı riskə ata bilərdik. Bundan başqa, səfər oyunundan sonra “Xəzər Lənkəran” məni komandaya dəvət etdi. Yaxşı şərtlər irəli sürdülər və orda 10 qat daha artıq qazana bilərdim.
- Ora niyə keçmədiz?
- Bizim üç futbolçumuzu almaq istəyirdilər, amma Traqira icazə vermədi.
- Niyə?
- Daha zəif bir çempionata və kluba getməyin heç bir mənası olmadığını dedilər. Onları iki dəfə məğlub etdik və açıq-aşkar daha güclü idik.
- Bəlkə də, düz idi. Həmin vaxt Moldova klubları azərbaycanlıları keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı…
- Amma maliyyə şərtlərinin necə olduğunu bilirsiz. “Xəzər Lənkəran”ın prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni BMW Х5 vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin