Xəstələnib – Qran-pridə olmayacaq
Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirində iştirak etməyəcək.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, 81 kq çəki dərəcəsində yer alan idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən, mübarizə aparmayacaq.
Yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olan Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin