Xərçəngə qalib gələn futbolçudan açıqlama
Dortmund “Borussiya”sının hücumçusu Sebastyan Haller xərçəng xəstəliyinə qalib gəldikdən sonra ilk rəsmi oyunu ilə bağlı duyğularını bölüşüb.
Komanda.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, o, futboldan daha vacib şeylər olduğunu deyib:
“Bu, çox gözəl hissdir. Qələbə qazandıq. Komanda yoldaşlarımla danışdım və çox şadam ki, baş məşqçi mənə meydana çıxmaq imkanı verdi. Futboldan daha vacib şeylər var”.
Fil Dişi Sahilindən olan hücumçu Bundesliqada “Auqsburq”la matçın (4:3) 62-ci dəqiqəsində meydana çıxıb.
Haller 2022-ci ilin yayında “Ayaks”dan “Borussiya”ya keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir. Yeni kluba keçiddən sonra futbolçuya bədxassəli şiş diaqnozu qoyulmuşdu. Haller buna görə iki əməliyyat keçirib.
Bizi Facebook-da izləyin