Xəbərin yoxdu, ey Azər, xəbərin yoxdu sənin…

Kürşad

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi, hazırda Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik “Kəpəz”dən sərfəli təklif aldığını deyib.

Rumıniyalı mütəxəssisin dediyinə görə, Gəncə klubu maliyyə baxımından onu razı salıb. O, hazırda “UTA Arad”da sanki könüllü işlədiyini də bildirib. Məsələ burasındadır ki, Rumıniya klubu ciddi maliyyə problemi yaşayır və uzun müddətdir ki, maaşları verə bilmir.

Belədə, “Kəpəz”in təklifi Rednik üçün göydəndüşmə olub. Baxmayaraq ki, yaxınlarda Gəncə klubundan məsələ ilə bağlı Komanda.az-a verilən rəsmi açıqlamada heç bir məşqçi ilə danışıqlar aparılmadığı bildirilmişdi. Amma göründüyü kimi, Rednik “Kəpəz”in artıq onu razı saldığını deyir. O, yalan danışır? İnandırıcı deyil.

Çox güman, “Kəpəz” rəhbərliyi yeni mövsümdə və yenilənməkdə olan stadionda yeni baş məşqçi ilə oynamaq istəyir. Maraqlısı budur ki, bundan komandanın hazırkı baş məşqçisi Azər Bağırovun xəbəri var, yoxsa yox? Düzdür, komandanın növbəti mövsümdə Premyer Liqada mübarizə aparacağı tam dəqiqləşməyib. Amma kimsə də “Səbail”in möcüzə edib, qalan turlarda qələbələri sıralayıb elitada qalacağına inanmır. “Kəpəz” böyük ehtimalla, Premyer Liqada qalacaq və bunda hazırkı baş məşqçi Azər Bağırovun rolu danılmazdır. İndi isə klub rəhbərliyi onu Redniklə əvəzləmək planları qurur. Ola bilər, yeni sponsorun gəlişindən sonra “Kəpəz” növbəti mövsümdə avrokuboklara vəsiqə, hətta çempionluğa oynamaq hədəfi seçib, buna ən uyğun variant kimi də Rednik görülür. Bu, “Kəpəz”dir, hər şey ola bilər…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button