![](https://komanda.az/wp-content/uploads/2025/02/messi-yassin.jpg)
Messiyə görə canını qurban verməyə hazır olan cangüdən
“İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi olan Yassin Çueko işi haqda danışıb.
Komanda.az xəbər verir ki, argentinalı futbolçunun cangüdəni sosial şəbəkə hesabındakı paylaşımında meydanda qaçmağa və minlərlə insanın qarşısında üzü üstə yıxılmağa hazır olduğunu bildirib:
“Mən meydanda qaçmağa və minlərlə insanın qarşısında üzü üstə yıxılmağa hazıram. Lazım gələrsə, yıxılmaq və alçaldılmaq. Amma bunların heç biri əhəmiyyət kəsb etmir. Mənim üçün əsas işimlə məşğul olmaqdır. Vəzifəmi yerinə yetirmək üçün həyatımı qurban verməli olsam, bunu edəcəm”.
Messi 2023-cü ilin yayında MLS-ə keçib. 37 yaşlı hücumçunun “İnter Mayami” ilə müqaviləsi bu ilin dekabrının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin