Vüsal penaltini qaçırdı, “Keçiörəngücü” məğlubiyyətə üzüldü
Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi qarşılaşmanın 27-ci dəqiqədə penaltidən yararlana bilməyib.
“Keçiörəngücü” 6 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin