Vüsal İsgəndərli “İnter”ə qarşı oynadı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” komandası yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, rəqib İtaliya nəhəngi “İnter” olub.

Milanda oynanılan görüş “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Eqnatiya”nın qollarını Rafael Dvamena (7) və Fernando Medeyros (66-penalti) vurublar. “İnter”də isə Nikolo Barella (55), Lautaro Martines (79 və 82-penalti) və Cakomo Stabile fərqləniblər.

İsgəndrəli bu matçın 75-ci dəqiqəsində – komandası hesabda 2:1 irəli olan zaman meydana daxil olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button