Vüsal İsgəndərlidən 90+7-ci dəqiqə qolu
Futbol üzrə Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ərzurumspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Vüsal da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Komandasının sonuncu qolunu da İsgəndərli vurub. 90+7-ci dəqiqədə fərqlənən azərbaycanlı futbolçu meydan sahiblərini məğlubiyyətdən xilas edib.
“Keçiörengücü” 18 turdan sonra 19 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin