“Vurduğum qolu ailəmə həsr edirəm” – “Roma”nın futbolçusu
“Roma”nın hücumçusu Sərdar Azmun komandada debüt qolundan sonra emosiyalarını bölüşüb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı forvard inanılmaz hisslər keçirdiyini bildirib:
“Çətin oyun olacağını bilirdik. Diqqətimizi saxladıq və xarakter nümayiş etdirdik. Bu, azarkeşlərimiz üçün layiqli mükafatdır. A Seriyasında ilk qolunuzu vurmağınız nə deməkdir? Bu, inanılmaz hissdir. Bu anı çoxdan gözləyirdim. Bura gəlmək üçün çox çalışdım. Mən bu şəhəri sevirəm. Vurduğum qolu ailəmə həsr edirəm”.
Romalılar İtaliya çempionatının 11-ci turunda “Leççe”yə qalib gəlib (2:1) və turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin