Vurduğu qolları xatırlamır
“Mançester Siti”nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq”lə cavab matçını (7:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvard xoşbəxt və yorğun olduğunu bildirib:
“Çempionlar Liqasında çıxış etdiyimiz üçün çox qürurluyam. Bu turniri sevirəm. Beş qol vurdum, 7:0 hesablı qələbə qazandıq. Çox xoşbəxtəm. Hazırda başım dumanlıdır. Vurduğum qolları belə, xatırlaya bilmirəm. Çox yorğunam.
Matçdan öncə məşq zamanı rəqibin yarada biləcəyi təzyiq üzərində daha çox işlədik. Xüsusilə, evdə oynadığımızı nəzərə alsaq, daha çox hərəkət etməliydik. Topa sahib olmağı və irəliyə getməyi çox yaxşı bacarırıq. Kevin de Bruyne bunu daha yaxşı edir”.
İki oyunun nəticəsinə əsasən, “şəhərlilər” Bundesliqa təmsilçisini 8:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin