Vüqar Əsgərov penaltini qaçırdı, “Dauqavpils”…
Futbol üzrə Latviya çempionatında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azərbaycanlı futbolçulardan yalnız biri – Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq forvardı 55-ci dəqiqədə rəqib qapısına təyin olunan penaltidən yararlana bilməyib.
Turalla Elvinin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Dauqavpils” hazırda 20 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin