“Vüqar Həşimov Memorialı”: İştirakçılar məlum olub

Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları məlum olub.

Komanda.az xəbər verir ki, xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.

Eyni zamanda, Nodirbek Abdussatorov (Özbəkistan, 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720) kimi tanınmış qrossmeysterlər mübarizə aparacaqlar.

Yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. İştirakçıların tam siyahısı yaxın günlərdə dəqiqləşəcək.

10-cu dəfə keçiriləcək “Vüqar Həşimov Memorialı”nın baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.

Yarış sentyabrın 25-30-u aralığında Şuşada keçiriləcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button