“Vüqar Həşimov Memorialı-2022”: Bu gün qalib müəyyənləşəcək
Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turniri bu gün yekunlaşacaq.
Komanda.az xəbər verir ki, sonuncu yarış günündə blits növü üzrə 9 tur oynanılacaq və qalib müəyyənləşəcək.
Hazırda özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderdir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər.
Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir.
Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaraku 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə bəlli olacaq.
Bizi Facebook-da izləyin