
Vüqar Həşimovun atası vəfat edib
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, xəstəxanada vəfat edib.
1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı Vüqar Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin